Paşinyanın Bakıya məktub planı iflasa uğradı – Ermənistan poçtu baş naziri təkzib etdibackend

Paşinyanın Bakıya məktub planı iflasa uğradı – Ermənistan poçtu baş naziri təkzib etdi

Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanda saxlanılan cinayətkar ermənilərə məktubların poçt vasitəsilə göndərilməsi ilə bağlı təklifi gözlənilməz vəziyyət yaradıb.

KONKRET.az xəbər verir ki, məlum olub ki, Ermənistandan Azərbaycana poçt göndərişləri ümumiyyətlə həyata keçirilmir.

Ermənistan mediasının müxbiri adi vətəndaş kimi Ermənistanın milli poçt operatoru olan “Armpoçt”a müraciət edərək Bakı şəhərinə məktub və ya bağlama göndərməyin mümkün olub-olmadığını öyrənməyə çalışıb.

Poçt şöbəsinin əməkdaşı Azərbaycana göndərişlərin mümkün olmadığını bildirib.

Məhdudiyyətin səbəbi soruşulduqda isə operator hazırda bu istiqamətdə poçt xidmətinin göstərilmədiyini deyib. Gələcəkdə belə bir imkanın yaradılıb-yaradılmayacağı barədə də məlumat verilməyib.

Daha sonra “Armpoçt” şirkəti Ermənistan mediasının sorğusuna rəsmi cavab verərək Ermənistandan Azərbaycana poçt xidmətlərinin mövcud olmadığını təsdiqləyib.

“Əvvəllər də belə bir xidmət göstərilməyib. Gələcəkdə bunun mümkün olub-olmayacağına gəlincə, hazırda heç nə deyə bilmərik”, – şirkətdən bildirilib.

Məsələ Nikol Paşinyanın daha əvvəl keçirdiyi brifinqdə səsləndirdiyi açıqlamadan sonra gündəmə gəlib.

Belə ki, Qarabağdan köçmüş ermənilər Azərbaycanda saxlanılan cinayətkar ermənilərə ünvanlanmış yüzlərlə məktubu Ermənistan hökumətinə təqdim ediblər.

Paşinyan isə həmin məktubların niyə hökumətə verilməsinə təəccübləndiyini bildirib və onların adi poçt vasitəsilə Bakıya göndərilməsini təklif edib.

Lakin “Armpoçt”un rəsmi açıqlaması göstərib ki, Ermənistan baş nazirinin təklif etdiyi üsulla məktubların Azərbaycana göndərilməsi hazırda mümkün deyil.

Şirkət digər suallarla bağlı yazılı müraciət edilməsini istəyib.\\\musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*