Paşinyanın uğursuz diplomatik gedişləri yenidən gündəm olub.
KONKRET.az xəbər verir ki, o, hər il Suriyanın keçmiş lideri Bəşər Əsədə ölkənin Milli Günü münasibətilə təbrik məktubları göndərib.
Paşinyanın məktubunda bildirilir ki, Ermənistan hökuməti Suriya hökuməti ilə ikitərəfli əlaqələri genişləndirməyi səbirsizliklə gözləyir:
“Sizin Suriyada sülhün və dialoqun bərqərar edilməsi üzrə səyləriniz ölkədə mövcud böhranın aradan qaldırılmasına kömək edəcək” – Paşinyanın Bəşər Əsədə yazdığı məktubda bildirilib.
Bundan başqa, Paşinyan məktublarında Suriya liderinə “Ölkənizin üzləşdiyi problemlərin həllinə töhfə verməyə hazırıq”- kimi ifadələr də işlədib.