Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryanın mənzilindən 50 min dollar dəyərində əmlak oğurlanıb.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Məlumata görə, oğrular evə qapını xüsusi açarla açaraq daxil olublar.
Baqdasaryan özü isə baş verənləri şərh etmək istəməyib. Medianın yazdığına görə, evdən bahalı zinət əşyaları, kostyum və saatlar oğurlanıb.
Müşviq Tofiqoğlu
KONKRET.az