Paşinyanın ordu qərarı: Nahapetyan yeni müharibədən danışırbackend

Paşinyanın ordu qərarı: Nahapetyan yeni müharibədən danışır

“Nikol Paşinyanın “hədiyyəsi” iki cür ola bilər: ya “Şaxta Baba” (hədiyyə verən şəxs kimi), ya da “Qar Qız” (sadəcə görünən, amma heç bir faydası olmayan biri kimi)”.

KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bu fikirləri erməni hərbi ekspert Ayk Nahapetyan Ermənistanda məcburi hərbi xidmət müddətinin 2 ildən 1,5 ilə qədər azaldılması barədə qanuna münasibət bildirərkən deyib.

“Yanvarın 1-də Paşinyan Ermənistan vətəndaşlarına hədiyyə verir, onların övladları məcburi hərbi xidmətə gedərək vəzifələrini yerinə yetirəcəklər. Ölkə müharibə içindədir, amma hökumət ordunun sayını azaldır. Halbuki Azərbaycan Ordusunun sayı və silahlanması artır.

İki təhlükə var:

Birincisi, ordunun sayının azalması, nəticədə bizim Silahlı Qüvvələr Azərbaycan Ordusuna rəqabət apara bilməyəcək.

İkincisi, bu dəyişiklik seçkilərlə bağlı siyasi addım kimi görünür. Deyirdilər ki, bu dəyişiklik iyun ayında olacaq, indi isə yanvar ayında. Ya boş-boşuna vaxt itirir, ya da sadəcə görünmək üçün edir”, — A.Nahapetyan qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*