Paşinyanın reytinqi Kremldə narahatlıq yaratdı – Son sorğubackend

Paşinyanın reytinqi Kremldə narahatlıq yaratdı - Son sorğu

Ermənistanda seçkilərə bir həftə qalmış keçirilən sorğunun nəticələri bir çox müşahidəçinin təəccübünə səbəb olub.

KONKRET.azv axar.az-a istinadən bildirir ki, sorğunu “Europe Elects” məşhur siyasi analitika platforması keçirib.

Sorğunun nəticəsinə görə, Nikol Paşinyanın reytinqi 65%-ə qalxıb. Bu, fevral ayından bəri 41% artım deməkdir.

Qeyd edilib ki, N.Paşinyanın əsas rəqibləri heç 12%-i keçə bilməyib.

Qeyd edək ki, seçki 7 iyunda keçiriləcək. Rusiya Avrasiya İqtisadi İttifaqı ətrafında gərginliyi artıraraq, Ermənistandakı səfirini belə məsləhətləşmək üçün geri çağırıb. Belə məlum olur ki, ruspərəstlərin nüfuz qazana bilməməsi, əvəzində Paşinyanın reytinqini kəskin artırması Kremli aqressiv addımlara vadar edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*