“Rusiyanın maraqlarına kobud şəkildə məhəl qoyulmamalı olduğunu düşünənlər, çox böyük yanlış edirlər”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Köçəryan deyib.
Köçəryan hazırki Ermənistan rəhbərliyinin üç ölümcül səhvini açıqlayıb.
“Qarabağ məsələsi ilə bağlı Ermənistan fraksiyasının bəyanatı var. Mənim iştirakımla qəbul olunub. Amma Qarabağda nə baş verdiyini və niyə belə olduğunu məndən eşitmək daha doğru olardı. Qarabağa nəzarətin itirilməsi iki mərhələdə baş verdi: 2018-20-ci illər (müharibədən əvvəl) və 2023-cü ilin (müharibədən sonra) sentyabrına qədər”, – Köçəryan vurğulayıb.
O bildirib ki, Ermənistan səhv edib və bunu Rusiyanın üzərinə atmağa çalışıb.
“Gələcək proseslərdə Ermənistanı hər şeyi məhv etmiş bu adamların (indiki hakimiyyət – red.) təmsil etməməsi ən yaxşı variantdır. Bu halda ölkə özünü yeni dünya düzənində layiqincə ifadə edə biləcək. Ancaq Rusiyanın Ermənistanla bağlı hər şeyi unutmağa hazır olduğuna şübhə ilə yanaşıram. Çünki son bir ildə dəhliz xeyli daralıb. Ancaq hesab edirəm ki, ABŞ prezidenti Donald Tramp Rusiyanın G8-ə qayıtmalı olduğunu deyirsə, bu, Ermənistan üçün də xarici siyasətdə yeni imkanların açılması deməkdir. Qərbin və ya başqasının “cibinə girmək” cəlbedici deyil. Ermənistan Rusiya ilə düzgün siyasət apara, Qərblə düşmənçiliyə getməyə bilər. Lakin hakimiyyət artıq müəyyən səviyyədə Rusiya ilə düşmənçiliyə rəvac verib. Ermənistanda Rusiyaya münasibət yaxşı deyil. Çünki biz səhvlərə yol verdik və bunu Rusiyanın üzərinə atmağa çalışdıq. Bu, izsiz qalmayacaq”, – deyə Köçəryan fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az