“Pautino” Putini dilə gətirdi: Qəzəbini gizlədə bilmədibackend

“Pautino” Putini dilə gətirdi: Qəzəbini gizlədə bilmədi

Rusiya prezidenti Vladimir Putin Ukraynanın ölkə ərazisində həyata keçirdiyi zərbələr fonunda Ukrayna ilə sammitin keçirilməsi və atəşkəsin mümkünlüyünü şübhə altına alıb.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, Putin Ukraynanın əməliyyatlarını terror aktı adlandırıb: “Və eyni zamanda terror aktları fonunda hərbi əməliyyatların 30, hətta 60 gün müddətinə dayandırılmasını xahiş edirlər, zirvə görüşünün keçirilməsini xahiş edirlər. Bəs bu şəraitdə belə görüşlər necə keçirilə bilər? Biz nədən danışırıq? Kim hətta terrora arxalananlarla, terrorçularla danışıqlar aparır”?

Putin atəşkəsə niyə razılaşmadığını da açıqlayıb: “Onları niyə təşviq etmək lazımdır – rejimi Qərb silahları ilə təmin etmək üçün istifadə ediləcək hərbi əməliyyatlarda möhlət vermək, zorakı səfərbərliyi davam etdirmək və Bryansk və Kursk vilayətlərində həyata keçirilənlərə bənzər digər terror aktları hazırlamağa?”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*