Son günlər Baş nazir Əli Əsədovun biznesi və “tikinti səltənəti” barədə yayılan xəbərlərdən sonra Azərbaycanda referendum keçiriləcəyi ilə bağlı məsələ yenidən gündəmə gətirilib. Müzakirələr zamanı 2026-cı ilin payızında referendum olacağı, Nazirlər Kabineti strukturunun ləğv ediləcəyi barədə iddialar səsləndirilib.
KONKRET.az xəbər verir ki, bu barədə Pravda.az-a açıqlama verən Milli Məclisin komitə sədri Fazil Mustafa isə deyib ki, referendumla bağlı rəsmi məlumat yoxdur.
“Yüzlərlə xəbərlər yer alır. Bu o demək deyil ki, dərhal hansısa nəticə çıxarmaq lazımdır. Belə bir məlumat yoxdur. Rəsmi şəkildə də açıqlama olmayıb” – o bildirib.
