ABŞ-ın müdafiə naziri Pit Heqset Venesuelada ABŞ qüvvələrinin keçirdiyi əməliyyat zamanı Rusiya istehsalı hava hücumundan müdafiə sistemlərinin effektivliyini şübhə altına alıb.
KONKRET.az xəbər verir ki, Heqset bildirib ki, Karakası qorumaq Rusiya hava hücumundan müdafiə sistemlərinin vəzifəsi olsa da, onlar bunu bacarmayıb.
«Demək istəyirəm ki, məhz Rusiya hava hücumundan müdafiə sistemləri Karakası qorumalı idi, lakin onlar öz vəzifələrinin öhdəsindən gələ bilmədilər. Kuba mühafizəçiləri isə Maduronun təhlükəsizliyini təmin etməli idilər, lakin onlar da onu qoruya bilmədilər. İndi isə kubalıların və rusların Venesueladan çıxarıldığını görürük».
Heqset daha əvvəl də Venesueladakı Rusiya istehsalı hava hücumundan müdafiə sistemlərinin ABŞ-ın əməliyyatını dayandıra bilməməsini istehza ilə şərh etmişdi.
Rəsmiyyə Şərifova,
KONKRET.az
