Peskov: “Putin açıq şəkildə bildirdi ki…” – (VİDEO)backend

Peskov: “Putin açıq şəkildə bildirdi ki..." - (VİDEO)

Rusiyanın dron hücumlarına cavabı sərt olacaq

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Ukraynanın Rusiya ərazisinə dron hücumlarına dair Kreml rəhbərinin mövqeyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, Peskov bu barədə jurnalistlərə açıqlamasında deyib: “Prezident Putin çox açıq şəkildə mesaj verdi – əgər Rusiyanın ərazisində pilotsuz uçuş aparatları ilə «xuliqanlıq» etməyə davam etsələr, cavabları da adekvat və sərt olacaq”.

Peskovun sözlərinə görə, Rusiya rəhbərliyi ölkənin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görməkdə qərarlıdır.

O bildirib ki, Moskva bu cür hücumlara dözümlü yanaşmayacaq və müvafiq addımlar atılacaq.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*