İran prezidenti Məsud Pezeşkianın Pakistana rəsmi səfəri zamanı maraqlı anlar yaşanıb. Belə ki, “dostluq ağacı”nın əkilməsi mərasimi zamanı prezidentin davranışı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
KONKRET.az xəbər verir ki, mərasimə əsasən, Pezeşkian simvolik olaraq tingin üzərinə bir qədər torpaq tökməli idi. Lakin İran prezidenti prosesə o qədər həvəslə qoşulub ki, tingin ətrafını aktiv şəkildə torpaqla doldurmağa davam edib.
Bu zaman onun yanında olan Pakistanın Baş naziri Şahbaz Şərif gülümsəyərək müdaxilə edib və “Yaxşıdır, kifayətdir” sözləri ilə prezidenti dayandırıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
