Pezeşkian Putinlə görüşəcək: Bu məsələlər müzakirə olunacaqbackend

Pezeşkian Putinlə görüşəcək: Bu məsələlər müzakirə olunacaq

İran Prezidenti Məsud Pezeşkian oktyabrın 27-də Moskvaya səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi və geosiyasi məsələləri müzakirə etməyi planlaşdırır.

KONKRET.az xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali “RİA Novosti”yə açıqlamasında bildirib.

Diplomatın sözlərinə görə, iki ölkənin liderləri aktual beynəlxalq və siyasi məsələlər ətrafında da fikir mübadiləsi aparacaqlar.

Kazem Cəlali qeyd edib ki, qarşıdakı görüşün yekununda hər hansı sənədin imzalanması nəzərdə tutulmur.

Qeyd edək ki, Məsud Pezeşkian oktyabrın 27-də Moskvada keçiriləcək Qaz İxrac Edən Ölkələr Forumunun (QİÖF) sammitində iştirak edəcək.

Günay Əli

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*