Piyadalara üztanıma vasitəsilə cərimə yazılır? – VİDEObackend

Piyadalara üztanıma vasitəsilə cərimə yazılır? – VİDEO

Bakıda sürücülük təlimi keçən şəxslərdən biri piyada keçidindən keçməyən piyadaların üztanıma vasitəsilə müəyyən edilərək cərimələndiyini iddia edib.

KONKRET.az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə yayımlanıb.

Özünü sürücülük təlimçisi kimi təqdim edən şəxs iddia edib ki, Xırdalanda da bütün Təhlükəsiz Şəhər Kameraları (TŞK) vasitəsilə yolu düzgün keçməyən piyadalara SİMA tətbiqi üzərindən cərimə yazılır.

Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat təkzib olunub. Bildirilib ki, bu iddianın heç bir əsası yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*