“PKK-nın “başçı heyəti” Selman Bozkır MİT tərəfindən məhv edilib” – Ərdoğan – FOTObackend

“PKK-nın “başçı heyətiSelman Bozkır MİT tərəfindən məhv edilib” - Ərdoğan - FOTO

PKK terror təşkilatının “yüksək səviyyəli” terrorçularından biri Suriyada Türkiyənin Milli Təhlükəsizlik Təşkilatı (MİT) tərəfindən həbs edilib.

KONKRET.az  xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Teyyub Ərdoğan özünün rəsmi Twıtter səhifəsində yazıb.

Türkiyə Prezidenti “Burada millətimizə xoş bir xəbər vermək istəyirəm. Terror təşkilatı PKK-nın qondarma başçı heyəti, Mahmurdakı terror əməliyyatlarının rəhbəri “Doktor Hüseyin” kod adlı Selman Bozkır, dünən Milli Kəşfiyyat Təşkilatımızın qəhrəmanları tərəfindən zərərsizləşdirilib” deyə Twıtter səhifəsində yazıb.

R.T.Ərdoğan bu uğurlu əməliyyatda əməyi olan bütün şəxslərə təşəkkür edib:

“Bütün dostlara millətim adından təşəkkür edirəm. Xain və separatçı təşkilatın Mahmurdan terrorizm üçün “inkubasiya mərkəzi” kimi istifadə etməsinə icazə verməyəcəyik və terroru mənbəyində məhv etməyə davam edəcəyik”.

  • GARACANTA
    İyun 6, 2021 - 20:55

    Milli Kəşfiyyat Təşkilatı YOX Milli İSTİHBARAT Təşkilatı siz jurnalistlər heç olmasa təhrif etməyin …nə oldu BİR MİLLƏT İKİ DÖVLƏT?

GARACANTA üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*