Azərbaycanda avtomobil və bir ton arpanı oğurlayan şəxs saxlanılıb.
KONKRET.AZ-ın şimal bölgə müxbirinin əldə etdiyi məlumata görə, noyabrın 20-də Xızı rayon Şurabad qəsəbə sakini Tükəzban Mirzəyevanın həyətindən “QAZ 31” markalı avtomobil və 1 ton arpa oğurlanıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, Xızı rayon sakini, əvvəllər məhkum olunmuş Sərxan Mirzəyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Axtarış zamanı ondan narkotik vasitə olan heroin də götürülüb.
Faktla bağlı Xızı RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam edir.


