Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş uğurlu əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz olaraq silah və güclü təsiredici xassəyə malik psixotrop maddə olan metamfetamin daşımaqda şübhəli bilinən şəxs saxlanılıb.
KONKRET.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Saatlı rayonunda yaşayan Anar Hüseynov saxlanılaraq Polis Şöbəsinə gətirilib.
Şəxsi axtarış zamanı onun əlindəki çantadan bir ədəd “İJ-56-3” (“Belka”) markalı, qoşalüləli ov tüfəngi və üzərindən bir ədəd bükülüdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb. Dindirilmə zamanı A.Hüseynov törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Saatlı RPŞ-də araşdırma aparılır.
