Polisi aldatmaq ona baha başa gəldibackend

Polisi aldatmaq ona baha başa gəldi

Polisə yalan məlumat verən şəxs barəsində cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, Abşeron rayon Polis İdarəsinə müraciət edən Xırdalan şəhər sakini V.Məhərrəmov oktyabrın 22-də saat 3 radələrində Masazır qəsəbəsi ərazisində idarə etdiyi “Toyota” markalı avtomobildə olan sərnişinin onu bıçaqla hədələyib 370 manat pulunu almasını bildirib.

Dərhal müvafiq araşdırmalar aparılmış və V.Məhərrəmovun polisə yalan məlumat verməsi müəyyən edildiyindən barəsində Cinayət Məcəlləsinin 296-cı maddəsi (bilə-bilə yalan xəbərçilik etmə) ilə cinayət işi başlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*