Azərbaycan hərbçiləri Xankəndidə – ƏTRAFLIbackend

Azərbaycan hərbçiləri Xankəndidə - ƏTRAFLI

“Azərbaycan hərbçiləri erməni yaşayış məntəqələrinə girirlər. Şahidlərin dediklərinə görə, azərbaycanlı əsgərlər Stepanakert (Xankəndi) supermarketlərində alış-veriş edirlər”.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın “Politik.am” nəşri məlumat yayıb. Məlumatda deyilir ki, “Onları Rusiya sülhməramlıları müşayiət edir. Ancaq bu  insanlar heç bir şey olmamış kimi mağazalarımızda alış-veriş edirlər. Nikol, ləyaqət, şərəf haqqında heç bir fikriniz yoxdur. Ancaq başa düşün ki, bu kimi hərəkətlər başqa bir partlayışa səbəb olacaq. Onda siz burada olmayacaqsınız, amma qərarlarınızın ağır nəticələrini yenə də biz hiss edəcəyik”.

Qeyd edək ki, qondarma “DQR” prezidentinin təhlükəsizlik üzrə keçmiş müşaviri Tiqran Abrahamyan da Nikol Paşinyana sərt mesaj göndərib: “25 gün keçib, amma hələ də erməni əsgərlərin meyitləri təhvil verilmir. Əsirlər qaytarılmır, üstəlik, Azərbaycan əsgəri Xankəndidəki mağazalardan alış-veriş edir. Türk agenti Paşinyan, bütün bunlara görə cavab verməlisən!”.

KONKRET.az

  • Əsl azəri türkü
    Dekabr 4, 2020 - 14:08

    Salam!
    Sözüm KONKRET.az və bu düşüncəli agentliklərin rəhbərlərinədir:
    1-bəsdir bu cür yazdınız “”Stepanakert (Xankəndi)””,,, yəni əsrlər boyu Azərbaycana mənsub olmuş və ermənilərin əlinə keçməzdən qabaq olan toponim və adları niyə əvvəl Erməni sonra mötərizədə Azərbaycan adlarını və ya tərsinə işlədirsiniz?
    2-kimin dəyirmanına su tökürsünüz?
    3-hansı erməni saytı sizin kimi bu şəhərlərin Azərbacan adlarını yazır?
    4-bunu dərk etməyiniz üçün daha sizə necə izah etmək lazımdır?

Əsl azəri türkü üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*