Ukrayna Silahlı Qüvvələrinin briqada komandiri, polkovnik Vladimir Kononnikovun ölümü ilə bağlı araşdırma aparılır.
KONKRET.az xəbər verir ki, hadisənin başvermə səbəbi hələlik açıqlanmayıb.
Ukrayna Silahlı Qüvvələrinin 154-cü əlahiddə mexanikləşdirilmiş briqadasının komandiri, polkovnik Vladimir Kononnikov ölü olaraq tapılıb.
Hazırda hüquq-mühafizə orqanları hadisənin bütün təfərrüatlarını araşdırır. Faktla bağlı xidməti araşdırma başladılıb.
“Cənub” Operativ Komandanlığının yaydığı açıqlamada bildirilib ki, polkovnik Vladimir Kononnikov Ukraynaya və hərb peşəsinə sadiq olub, şəxsi heyətin və rəhbərlik etdiyi bölmənin qayğısına qalan məsuliyyətli komandir kimi tanınıb.\\musavat.com
