backend

Polkovnikin öldürülmə anı - VİDEO

Rusiyanın paytaxtı Moskvada İstintaq Komitəsinin polkovniki Vladislav Kapustinə edilən hücumun görüntüləri yayılıb.

KONKRET.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə bu gün Kapustinin Moskvada vətəndaşları qəbulu zamanı baş verib. Sergey Qriqoryev adlı şəxs polkovnikə bıçaqla hücum edərək, ona kürəyindən xəsarət yetirib və hadisə yerindən qaçmağa cəhd edib.

Yaralı halda xəstəxanaya çatdırılan polkovnik ölüb. Hadisəni törədən şəxs həbs olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*