Polşa ABŞ-ın nüvə proqramına qoşulmaq istəyirbackend

Polşa ABŞ-ın nüvə proqramına qoşulmaq istəyir

Polşa ABŞ-ın nüvə çəkindirmə proqramında iştirak etməyə çalışır və bu istiqamətdə Fransa ilə də danışıqlar aparır.

KONKRET.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış WNP.pl portalına müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, NATO-nun ayrı-ayrı üzv ölkələri üçün nüvə silahından birgə istifadə təşəbbüsü Polşa ərazisində ABŞ bazasının yaradılması ilə bağlı əməkdaşlıq çərçivəsində həyata keçirilə bilər.
Kosinyak-Kamış bu sahədə konkret qərarların nə vaxt qəbul ediləcəyini açıqlamayıb. O, bunun üçün əvvəlcə Avropadakı müttəfiqlərlə məsləhətləşmələrin aparılmasının vacibliyini vurğulayıb.

Nazir qeyd edib ki, Polşa Fransa ilə nüvə sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə də xüsusi diqqət yetirir.

“ABŞ-ın nüvə əməkdaşlığı proqramında iştirak Fransa ilə əlaqələrin qurulmasını istisna etmir”, – deyə Kosinyak-Kamış bildirib.

Onun sözlərinə görə, Paris Avropadakı tərəfdaşlarına nüvə çəkindirmə sistemində daha geniş iştirak imkanları təklif edir.

Günay Əli
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*