Polşanın Bıdqoş şəhərində ukraynalı uşaqlara qarşı hücum baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukraynanın Baş Konsulluğu məlumat yayıb.
Hadisə avqustun 14-də Bıdqoş dəmiryol vağzalının yaxınlığındakı parkda baş verib. Ukrayna dilində danışan 14 yaşlı qız və onun 12 yaşlı qardaşına bir qadın və kişi yaxınlaşaraq onları təhqir edib və hədələyiblər.
Daha sonra hücum edənlər qızın qolunu burub, oyuncaq dronu sındırıb və onun hissələrini oğlana atıblar. Nəticədə uşaq xəsarət alıb.
Uşaqların anası hadisə ilə bağlı polisə müraciət edib. Hücumda iştirak edən şəxslərin axtarışı davam edir.
Natiq Səlim,
KONKRET.az
