Polşa hökuməti “X” sosial şəbəkəsinin istifadəsinə məhdudiyyət tətbiq etməyi planlaşdırır .
KONKRET.az xəbər verir ki, bunu respublikanın rəqəmsallaşma naziri Kşiştof Qavkovski deyib: “Biz bütün platformanı bloklamaqdan danışmırıq, çünki kimsə həmin platformada nəsə yaza bilər. Bununla belə Polşada “X”-in tamamilə bağlanmağını da düşünmürük”, – deyə nazir bildirib. Onun sözlərinə görə, eyni zamanda, dövlət sosial şəbəkələrdə təhdidlərə, o cümlədən insanların ölümü ilə bağlı yalan məlumatların yayılmasına cavab verməlidir. Bundan əlavə, siyasətçi “X”-ə mayın 18-də Polşada keçiriləcək prezident seçkilərinə təsir etmək üçün alqoritmlərdən istifadə etməmək barədə xəbərdarlıq edib.
Vəli Həsənoğlu,
KONKRET.az