Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib – Fotobackend

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zayanini qəbul edib.

KONKRET.az AZƏRTAC-a istinadla xəbər verir ki, qonaq Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifənin salamlarını dövlətimizin başçısına çatdırıb və qeyd etdi ki, Kral Azərbaycanla münasibətlərə böyük önəm verir.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Bəhreyn Kralına çatdırmağı xahiş edib.

Dövlətimizin başçısı ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin və yüksəksəviyyəli tərəfdaşlığın olduğunu deyib.

Prezident İlham Əliyev Bəhreyn Krallığının xarici işlər nazirinin Azərbaycana səfərinin ikitərəfli əlaqələrin müxtəlif aspektlərini müzakirə etmək üçün də yaxşı imkan yaratdığını vurğulayıb.

Qonaq ölkəmizin AQEM-ə sədrliyinin uzadılması ilə bağlı Prezident İlham Əliyevə təbriklərini çatdırdı, Azərbaycanın bu təşkilata yüksək səviyyədə sədrlik etdiyini deyib.

Görüşdə Azərbaycanla Bəhreyn arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib - Foto

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib - Foto

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib - Foto

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*