Prezident qazla bağlı fərman imzaladıbackend

Prezident qazla bağlı fərman imzaladı

Prezident İlham Əliyev “Qaz təchizatı haqqında” qanunun icrası ilə əlaqədar bəzi fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

KONKRET.az xəbər verir ki, dəyişikliklə “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Nizamnaməsi” yenilənib.

Belə ki, Agentlik istehlakçıya satılan qazın keyfiyyət göstəricilərini – tərkibini, sıxlığını, rütubətliliyini, istilik yaratmaq qabiliyyətini və digər göstəricilərini laboratoriya şəraitində və ya xüsusi texniki vasitələrlə yoxlayacaq.

Yoxlamanın nəticələri barədə istehlakçılarla yanaşı, qaz nəqli sistem operatoruna, qazpaylayıcı sistem operatoruna, topdan və pərakəndə satıcıya da məlumat veriləcək.

İndiyədək isə bu məlumat yalnız qazpaylayıcı sistem operatoruna təqdim edilirdi.

“Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”na edilən dəyişikliklə Energetika Nazirliyinin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyinə qaz təchizatı sahəsində fəaliyyət göstərən dövlət subyektlərinin illik gəlir və xərclər smetalarının razılaşdırılmasında, eləcə də onların icrasına nəzarətin həyata keçirilməsində iştirak etmək səlahiyyəti verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*