2026-2027-ci tədris ilində Prezident təqaüdünə layiq görülən tələbələrin universitetlər üzrə sayı məlum olub.
KONKRET.az “AzEdu.az”a istinadən xəbər verir ki, onlardan 35-i Bakı Ali Neft Məktəbinin tələbəsidir:
“Azərbaycan Tibb Universiteti – 25 nəfər
ADA Universiteti – 18 nəfər
Bakı Dövlət Universiteti – 15 nəfər
UNEC – 5 nəfər
Dövlət İdarəçilik Akademiyası – 2 nəfər”.
Xatırladaq ki, Prezident İlham Əliyev 2026–2027-ci tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 2026–2027-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycanın ali təhsil müəssisələrinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verilib.
