Prezidentin saytından Ramiz Mehdiyevlə bağlı məlumat silindi – FOTObackend

Prezidentin saytından Ramiz Mehdiyevlə bağlı məlumat silindi – FOTO

Azərbaycan Prezidentinin rəsmi saytında Ramiz Mehdiyevin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi barədə məlumat silinib.

KONKRET.az xəbər verir ki, Globalinfo.az-ın məlumatına görə, söhbət 23 oktyabr 2019-cu ildə dərc edilmiş və Mehdiyevin “dövlət idarəçiliyində və elmin inkişafında xidmətlərinə görə” ali dövlət mükafatına layiq görüldüyü barədə xəbərə istinaddan gedir.

Hazırda həmin link “404 – səhifə tapılmadı” xətası verir.

Xatırladaq ki, Ramiz Mehdiyev uzun illər Prezident Administrasiyasına rəhbərlik edib və 2019-cu ildə təqaüdə çıxıb.

Qeyd edək ki, Ramiz Mehdiyev dövlətə xəyanətdə təqsirli bilinir. O, Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Səbail rayon məhkəməsi Ramiz Mehdiyev barədə 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*