PSJ-nin sabiq futbolçusu “Neftçi”də – RƏSMİbackend

PSJ-nin sabiq futbolçusu "Neftçi"də - RƏSMİ

“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan KONKRET.az-a verilən məlumata görə, Benin millisinin dayaq yarımmüdafiəçisi Sessi D Almeyda Bakı təmsilçisinə keçib. 29 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb.

Qeyd edək ki, Fransanın Bordo şəhərində anadan olan Sessi D Almeyda eyniadlı klubun yetirməsidir. Fransa, İngiltərə, Portuqaliya liqalarında çıxış edib, son mövsümü Kiprin “Apollon” (Limassol) klubunda keçirib. 34 matçda meydana çıxıb, 1 qola imza atdığı Benin milli komandası ilə bu il dekabrın 21-dən 2026-cı il yanvarın 18-dək Mərakeşdə keçiriləcək Afrika Millətlər Kubokuna vəsiqə qazanıb.

Xatırladaq ki, Sessi D Almeyda 2015-ci ildə PSJ-yə transfer olunsa da, orada möhkəmlənə bilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*