“Puşkini öldürməsəydim, senator olmazdım” – ETİRAFbackend

"Puşkini öldürməsəydim, senator olmazdım" - ETİRAF 

Jorj-Şarl Dantes: Puşkinlə ölümcül görüş

20 oktyabr 1833-cü ildə Peterburqa gənc bir fransız — Jorj-Şarl Dantes gəldi. Gözəl, parlaq kavalerqard, Peterburq cəmiyyətinin və qadın qəlblərinin sevimlisi. O zaman heç kim onun görünüşünün rus ədəbiyyatı üçün hansı faciəyə çevriləcəyini təsəvvür edə bilməzdi.

1835-ci ildə Aniçkov sarayında keçirilən balda o, dahi rus şairi Puşkinin həyat yoldaşı Natalya Puşkina ilə tanış oldu və onun dərdindən dəli-divanə oldu. Sonra hər kəsin bildiyi dəhşətli hadisələr baş verdi – ölümcül duel, böyük şairin ölümü, məhkəmə, rütbədən məhrum edilmə və Dantesin Rusiyadan sürgün edilməsi

Dantes uzun ömür yaşadı (83 il), parlaq siyasi karyera qurdu və Fransa senatoru vəzifəsinə qədər yüksəldi.

  • Artıq qocalmış çağında ona rus puşkinşünası A. F. Onegin baş çəkmiş və uzun illər sonra ondan soruşmuşdu:

— Bəs necə oldu ki, siz bir dahiyə əl qaldırmağa cürət etdiniz?!

Qoca Dantes səmimi təəccüblə etiraz etmişdi:

— Qulaq asın, axı o da məni öldürə bilərdi! Bunun əvəzində mən sonradan Fransa senatoru oldum.

Hazırladı: Rəsmiyyə Şərifova, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*