Rusiya Prezidenti Vladimir Putin ABŞ-la əlaqələrin səviyyəsini İkinci Dünya Müharibəsindən sonra ən aşağı səviyyədə olduğunu bildirib və qeyd edib ki, bu barədə dəfələrlə danışıb.
KONKRET.az xəbər verir ki, Putin əlavə edib ki, Donald Trampın hakimiyyətə gəlməsi ilə vəziyyətdə bir işıq görünüb və Alyaskada aparılan görüş çox yaxşı, məzmunlu və səmimi keçib.
“Kontaktlar davam edir – həm nazirliklər, həm də digər dövlət qurumları və şirkətlər səviyyəsində. Mən ümid edirəm ki, artıq atılmış ilk addımlar yalnız başlanğıcdır.”
Putinin sözlərinə görə, bu sammit ABŞ-Rusiya münasibətlərində yeni mərhələnin başlanğıcı ola bilər və tərəflər müntəzəm dialoqu davam etdirməyə hazırdır.
Natiq Səlim,
KONKRET.az