Rusiya prezidenti Vladimir Putin deyib ki, 2022-ci ildə bəzi Qərb ölkələri etibarsız tərəfdaş olduqlarını sübut ediblər.
KONKRET.az xəbər verir ki, o, bunu VTB-nin “Rusiya çağırır!” forumunda deyib.
“Bilirsiniz ki, 2022-ci ildə sahibkarlarımız, şirkətlərimiz və bütün sənayelərimiz bəzi ölkələrin, daha dəqiq desək, onların aparıcı elitalarının hərəkətlərinə görə ciddi problemlərlə üzləşdi”, – prezident qeyd edib.
Onun sözlərinə görə, belə ölkələr özlərini etibarsız tərəfdaş kimi göstəriblər.
Rusiya lideri onu da vurğulayıb ki, bu cür hərəkətlər nəticəsində uzun müddət ərzində inkişaf etdirilən istehsal və logistika zəncirləri təhlükə altına düşüb və ya məhv edilib.
Bundan əlavə, Rusiya prezidenti iqtisadi sahədə heç bir qərarın siyasi səbəblərdən qəbul edilməyəcəyini bildirib.
Rəsmiyyə Şərifova,
KONKRET.az