Putin: “Əsgərlər döyüşə can atır, amma biz…”backend

Putin: “Əsgərlər döyüşə can atır, amma biz...”

Rusiya Prezidenti Vladimir Putin VGTRK-nın (“Ümumrusiya Dövlət Televiziya və Radio Yayım Şirkəti”) sənədli filmində cəbhədəki son vəziyyətlə bağlı açıqlamalar verib.

KONKRET.az xəbər verir ki, o bildirib ki, cəbhənin müəyyən istiqamətlərində hava şəraiti səbəbilə döyüş tapşırıqlarının icrasını dayandırmağı əmr edib.

“Bu, səbəbsiz və böyük itkilərə gətirib çıxara bilərdi. Amma əsgərlərin daxilində sanki bir faciə yaşanır — onlar döyüşə atılmaq istəyirlər”, – deyə Putin vurğulayıb.

Onun sözlərinə görə, rus əsgərləri tapşırığı icra etməyə davam etsələr də, bunu şəxsi heyəti qorumağa daha çox diqqət yetirərək həyata keçiriblər.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*