Rusiya prezidenti Vladimir Putin BRİKS-in XVI sammitinin plenar iclasında çıxışı zamanı vurğulayıb ki, Ukrayna Qərbin əlində alətə çevrilib və Rusiyanın təhlükəsizliyinə ciddi təhdidlər yaradırlar.
KONKRET.az Gazeta.Ru-ya istinadən xəbər verir ki, Rusiya dövlət başçısı daha sonra bildirib: “Rusiyanın əleyhdarları ölkənin maraqlarına, rusdilli insanların hüquqlarının pozulması ilə bağlı ədalətli narahatlıqlara məhəl qoymur. Eyni zamanda onlar ölkəni strateji məğlubiyyətə uğratmaq məqsədlərindən çəkinmirlər”. Putin əlavə edib ki, düşmənlərin Rusiyaya zərər vurmaq istəkləri illüziya hesablamalardır və bunu yalnız ölkənin tarixini bilməyənlər edə bilər. Həmçinin, dost olmayan dövlətlər rus xalqının əsrlər boyu sərtləşən birliyini və möhkəmliyini nəzərə almır.
Vəli Həsənoğlu,
KONKRET.az