Putin: “Məni belə adlandırmaları xoşuma gəlmədi”backend

Putin: “Məni belə adlandırmaları xoşuma gəlmədi”

Rusiya Prezidenti Vladimir Putin yaxın ətrafından bir şəxsin ona “sən kiborqsan” dediyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, dövlət başçısı bu ifadənin onu məmnun etmədiyini bildirib:

“Bu, yaxşı bir şeyə oxşamırdı. Özünü kiborq kimi hiss etmək o qədər də xoş deyil. Görürsünüz, mən belə düşünmürəm,” – deyə Putin “Rusiya Fürsətlər Ölkəsi” muxtar qeyri-kommersiya təşkilatının Müşahidə Şurasının iclasında çıxışı zamanı qeyd edib.

Prezident bu fikirləri Dövlət Xidmətləri portalı vasitəsilə edilən evlilik təklifi təşəbbüsü ilə bağlı danışarkən xatırladıb. Onun sözlərinə görə, belə mühüm anlar birbaşa ünsiyyət zamanı – insanın gözlərinin içinə baxaraq və emosiyaları bölüşərək – baş verməlidir.

Qeyd edək ki, daha əvvəl “Rusiya Fürsətlər Ölkəsi” platformasının iştirakçılarının sayının 25 milyonu keçdiyi bildirilmişdi.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*