Putin: “Qərb servislərini boğmaq lazımdır”backend

Putin: “Qərb servislərini boğmaq lazımdır”

Rusiya Prezidenti Vladimir Putin Qərb texnoloji şirkətləri ilə bağlı sərt bəyanat verib. O, hələ də Rusiya bazarını tam tərk etməmiş Qərb IT şirkətlərinə qarşı məhdudiyyətlərin tətbiq edilməsinin zəruri olduğunu bildirib.

KONKRET.az xəbər verir ki, 26 may tarixində keçirilən görüş zamanı iştirakçılardan biri bəzi Qərb şirkətlərinin – məsələn, Microsoft və Zoomun – Rusiya bazarını tam tərk etmədiyini və bu səbəbdən ölkənin daxili IT sektorunun inkişafına maneə yaratdığını qeyd edib.

Bu fikrə cavab olaraq Vladimir Putin bildirib:

“Onları boğmaq lazımdır. Bunu heç bir çəkinmədən deyirəm, çünki onlar bizi boğmağa çalışırlar – biz də onlara eyni cavabı verməliyik. Biz onları (Rusiya bazarından) qovmamışdıq, maneə yaratmamışdıq, amma onlar bizə təzyiq göstərməyə çalışırlar. Harada fəaliyyət göstərirlərsə, hansı yerli iri şirkətlər onların xidmətlərindən istifadə edirsə, bu haqda məlumat verin.”

Putinin bu çıxışı “Meduza” nəşri tərəfindən yayımlanıb.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*