Putin sərt qanun İMZALADI: Əgər kimsə orduya qarşı bunu etsə…backend

Putin sərt qanun İMZALADI: Əgər kimsə orduya qarşı bunu etsə...

Ukraynaya planlı işğalı və davam edən hücumları ilə bütün dünyada qəzəb doğuran Rusiya, orduya qarşı çıxışlara sərt cəza nəzərdə tutan yeni qanun qəbul edib.

KONKRET.az xəbər verir ki, Prezident Vladimir Putin Rusiya Silahlı Qüvvələrini gözdən salan şəxslərə 7 ilə qədər həbs cəzası verilməsini nəzərdə tutan qanunu imzalayıb.

Bundan əlavə, Rusiya dövlətinin siyasətinə qarşı çıxan beynəlxalq təşkilatları dəstəkləyənlər “xarici agent” elan ediləcək.

Sovet İttifaqının dağılmasından sonra ekspansionist siyasətini gücləndirən və 2022-ci ildə Ukraynaya qarşı müharibəyə başlayan Rusiya, indi orduya yönələn tənqidlərə qarşı yeni hüquqi addımlar atır.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*