Putin, Tramp və Si Cinpin bir araya gəlir? – Hazırlıq başladıbackend

Putin, Tramp və Si Cinpin bir araya gəlir? – Hazırlıq başladı

Çində Rusiya, ABŞ və Çin liderlərinin mümkün üçtərəfli görüşü ilə bağlı hazırlıq işlərinə başlanılıb.

KONKRET.az xəbər verir ki, Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakovun sözlərinə görə, Vladimir Putin, Donald Tramp və Si Cinpinin noyabrın 18-19-da Şençjen şəhərində keçiriləcək APEC sammiti çərçivəsində görüşməsi ehtimalı müzakirə olunur.

Uşakov bildirib ki, Putinlə Tramp arasında ayrıca ikitərəfli görüşlə bağlı hələlik razılıq əldə edilməyib. Bununla belə, liderlərin eyni tədbirdə iştirakı onların ünsiyyət qurmasına imkan yarada bilər.

Kremlin rəsmisi Putinin Trampın dəvəti ilə dekabrda Mayamidə keçiriləcək G20 sammitində iştirakının isə Çindəki görüşlərin nəticələrindən asılı olacağını qeyd edib.

Qeyd edək ki, mümkün üçtərəfli görüşün keçirilməsi hələ rəsmən təsdiqlənməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*