2025-ci ildən Rusiya qazının Ukrayna ərazisindən Avropaya tranzitinin davam etdirilməsi ilə bağlı vəziyyət əvvəllər təsəvvür ediləndən daha çoxşaxəlidir.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidenti Vladimir Putin deyib. Rusiya lideri bildirib ki, tədarükün davam etdirilməsi üçün müxtəlif variantlar müzakirə olunur, lakin onlar “Navtoqaz Ukrayna”nın “Qazprom”a qarşı mübahisəli arbitraj prosesi ilə çətinləşib: “Müqavilə yoxdur, 3-4 günə imzalamaq mümkün deyil, müqaviləni yeniləməyəcəklərini açıqladılar, sonra başa düşdülər ki, onlar üçün problemdir”.
Vəli Həsənoğlu,
KONKRET.az