Putindən SƏRT AÇIQLAMA: “Heç kəs bunu edə bilməz”backend

Putindən SƏRT AÇIQLAMA: "Heç kəs bunu edə bilməz"

Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının iclasında çıxış edib.

KONKRET.az xəbər verir ki, Rusiya lideri çıxışı zamanı Ukrayna böhranı və beynəlxalq təhlükəsizlik məsələlərinə toxunub.

Putin bildirib ki, Ukrayna böhranının köklü səbəbləri aradan qaldırılmadan uzunmüddətli sülhün əldə olunması mümkün deyil.

Onun sözlərinə görə, hazırkı böhran hərbi hücumun nəticəsi deyil, dövlət çevrilişindən sonra yaranıb.

Rusiya lideri qeyd edib ki, Qərbin Ukraynanı NATO-ya cəlb etmək cəhdləri də böhranın əsas səbəblərindən biridir:

“Biz belə bir mövqedəyik ki, heç bir ölkə öz təhlükəsizliyini başqasının hesabına təmin edə bilməz”.

Prezident həmçinin qeyd edib ki, ŞƏT çərçivəsində dialoq köhnəlmiş avrosentrik və avroatlantik modelləri əvəz edəcək yeni Avrasiya təhlükəsizlik sisteminin formalaşdırılmasına imkan yaradır.

Onun sözlərinə görə, təşkilat beynəlxalq problemlərin həllində öz təsirini getdikcə daha da artırır. ŞƏT ölkələri arasında ticarətdə milli valyutalardan istifadənin genişlənməsi də bu prosesin mühüm hissəsidir.

Putin əlavə edib ki, ŞƏT çərçivəsində əməkdaşlığın inkişaf tempi “heyranedici” dərəcədə yüksəkdir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*