Putinə yaxın rusiyalı oliqarxlar HƏRƏKƏTƏ KEÇDİ – Trampa ŞOK TƏKLİFbackend

Putinə yaxın rusiyalı oliqarxlar HƏRƏKƏTƏ KEÇDİ - Trampa ŞOK TƏKLİF

Rusiya prezidenti Vladimir Putinə yaxın rus oliqarxları Amerika şirkətləri ilə gizli danışıqlar aparır.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb.

Sanksiyaya məruz qalan milyarderlər Gennadi Timçenko, Yuri Kovalçuk və Rotenberq qardaşları nadir torpaq metallarının və enerji resurslarının çıxarılması ilə bağlı sövdələşmələri müzakirə etmək üçün Amerika şirkətləri ilə gizli görüşlərə nümayəndələr göndərdilər.

Xüsusilə, onlar amerikalı həmkarlarına Oxot dənizində, eləcə də başqa dörd yerdə qaz hasilatı üçün güzəştlər təklif edirlər. Bu barədə Avropa təhlükəsizlik xidmətlərindəki mənbə və danışıqlardan xəbərdar olan şəxs bildirib.

Mənbələrə görə, Rusiya Norilskdəki iri nikel mədənləri yaxınlığında və Sibirdə işlənməyən altı başqa yataqda nadir torpaq metallarının çıxarılması imkanını da qeyd edib. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*