“Belqradda macar dostlarımız – prezident Viktor Orban və xarici işlər naziri Péter Szijyartonu qonaq etmək həmişə şərəf və ləzzətdir. Serbiyanın Baş nazirinin birinci müavini, maliyyə naziri Sinisa Mali ilə birlikdə biz cari geosiyasi və regional məsələləri, eləcə də yeni çağırışların həlli yollarını tapmaq məqsədi ilə ölkələrimiz arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edirik”.
KONKRET.az xəbər verir ki, bu barədə Serbiya prezidenti Aleksandr Vuçiç İnstagram hesabında yazıb.
“Bizim diqqətimiz infrastruktur layihələrinin həyata keçirilməsinə və enerji təhlükəsizliyinə yönəlib. Orban və Szijartonun səfəri xüsusilə ABŞ-ın Rusiyanın neft-qaz sektoruna qarşı yeni sanksiyalar paketi ilə bağlıdır. Sanksiya siyahısına Rusiya şirkətləri ilə yanaşı, NIS (Serbiyanın Neft Sənayesi) şirkəti də daxil edilib. Onun istehsal müəssisələri Serbiya, Bosniya və Herseqovina, Bolqarıstan, Rumıniya və Macarıstanda yerləşir”, deyə o, əlavə edib.
Serbiya prezidenti bəyan edib ki, sanksiyaların tətbiqi Vaşinqtonun Serbiya hakimiyyətinə Rusiya kapitalının NIS şirkətindən çıxarılması ilə bağlı birbaşa tələbini nəzərdə tutur.
Onun sözlərinə görə, bu proses fevralın 25-dək başa çatmalıdır.
Rəsmiyyə Şərifova,
KONKRET.az