Vladimir Putinin “heç bir ölkə öz təhlükəsizliyini digər dövlətin hesabına təmin edə bilməz” ifadəsi Rusiyanın yeni təhlükəsizlik yanaşmalarını ortaya qoyur. Bəs görəsən, Putin bununla nə demək istəyir?
Mövzunu KONKRET.az-a şərh edən siyasi şərhçi İlyas Hüseynov bildirib ki, Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyada strategiyalar və ideoloji yanaşmalar tez-tez dəyişir:
“İndi “Rusiya sivilizasiyası” adında yeni bir xətt formalaşdırılıb. Təhlükəsizlik və əks-kəşfiyyat istiqamətində də daim yeniliklərin tətbiq olunduğunu müşahidə edirik. Putinin son açıqlaması Rusiyada ciddi və fundamental geosiyasi dəyişikliklərin olduğunu göstərir”.
Ekspertin sözlərinə görə, Rusiya əvvəllər kiçik dövlətlərə təhlükəsizlik zəmanəti verərək onları öz geopolitik orbitinə cəlb edirdi:
“Bunu Venesuela və Suriya nümunəsində görmüşük. Suriya hakimiyyətində dəyişikliklər zamanı Bəşər Əsəd Rusiyaya sığındı. Venesuelada çevriliş zamanı Moskva hərbi dəstək göstərdi. Yəni, Rusiya balaca dövlətlərə təhlükəsizlik dəstəyi verirdi. Lakin Ukrayna müharibəsi yeni bir şərait formalaşdırıb və artıq Rusiyanın özündə də təhlükəsizlik strategiyasına yenidən baxılır”.
Hüseynov vurğulayıb ki, bu yanaşma Rusiyanın təhlükəsizlik konsepsiyasında dəyişikliklərin qaçılmaz olduğuna işarədir.
Aynurə İsmayıl
KONKRET.az