Bolqarıstanın xarici işlər naziri Georg Georgiev Rusiya prezidenti Vladimir Putinin təyyarəsinin Donald Trampla görüşə icazə vermək üçün Budapeştdə hava məkanını aça biləcəyini istisna etməyib.
KONKRET.az xəbər verir ki, “Sülhün əldə edilməsi üçün səylər göstərildikdə və görüş bunun üçün şərtdirsə, bütün mümkün vasitələrlə belə bir görüşü təşkil etmək məntiqlidir”, – Georgiyev bildirib.
Eyni zamanda, Bolqarıstan hakimiyyəti Rusiya və ABŞ prezidentlərinin görüşünün tarixinin nə vaxt məlum olacağı ilə bağlı “texniki detallar” barədə mübahisə etməyə başlayıb.
Dəniz Pənahova,
KONKRET.az