“Putinlə sazişi bağlayıb bizi çətin vəziyyətdə qoydu”backend

“Putinlə sazişi bağlayıb bizi çətin vəziyyətdə qoydu”

Çexiyanın Baş naziri Andrey Babiş ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə dizel yanacağının tədarükü ilə bağlı razılığa gələrək Avropa ölkələrinin maraqlarına xəyanət etdiyini iddia edib.

KONKRET.az xəbər verir ki, bu barədə Çexiyanın “Novinky” nəşri məlumat yayıb.

“Fakt budur ki, müharibə davam edir, Avropa kənarda qalır, Tramp isə Putinlə bu sazişi bağlamaqla, əslində, bizi çətin vəziyyətdə qoydu. Biz addım atmalıyıq. Avropa dövlətləri beynəlxalq məsələlərin həllində daha fəal iştirak etməlidirlər”, – deyə Çexiya hökumətinin başçısı bəyan edib.

Qeyd edək ki, oktyabrın 9-da Rusiya Prezidenti Vladimir Putin və amerikalı həmkarı Donald Tramp Rusiya dizel yanacağının ABŞ və dünya bazarlarına tədarükü barədə razılığa gəliblər. Bu məqsədlə Vaşinqton Moskvaya qarşı sanksiyaları müvəqqəti olaraq (2027-ci ilin aprelinə qədər) yumşaldıb. Putin də öz növbəsində Rusiyanın enerjidaşıyıcılarını istənilən ölkəyə tədarük etməyə hazır olduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*