“Vladimir Putinlə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp arasında dialoqun təşkili mexanizmləri mövcuddur və siyasi iradə olarsa, asanlıqla işə salına bilər”.
KONKRET.az xəbər verir ki, bunu TASS-a açıqlamasında Kremli mətbuat katibi Dmitri Peskov deyib.
Noyabrın 15-də Kremlin sözçüsü “The New York Times” qəzetinə müsahibəsində Trampın qələbəsindən sonra aşağı səviyyəli Rusiya-Amerika dialoqunun bərpasına ümidin olduğunu bildirmişdi.
Daha əvvəl Putinlə Almaniya Kansleri Olaf Şolts arasında telefon danışığı baş tutmuşdu.
Məlik,
KONKRET.az