Qabbard ABŞ kəşfiyyatçılarını kütləvi şəkildə işdən qovur – ABŞ-da nə baş verir?backend

Qabbard ABŞ kəşfiyyatçılarını kütləvi şəkildə işdən qovur - ABŞ-da nə baş verir? 

ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin (NSA) daxili platformasında qeyri-etik yazışmalarda iştirak edən kəşfiyyat əməkdaşları işdən çıxarılacaq və məxfi məlumatlara giriş icazələri ləğv ediləcək.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Tulsi Qabbard Fox News kanalına verdiyi müsahibədə bildirib.

“Mən müvafiq direktiv imzalamışam və buna əsasən, bu şəxslərin hamısı işdən çıxarılacaq, məxfi informasiyalara giriş icazələri ləğv olunacaq”, – deyə Qabbard qeyd edib.

O, əməkdaşların bu davranışını pisləyərək vurğulayıb ki, onlar yalnız peşəkar ünsiyyət üçün nəzərdə tutulmuş daxili platformadan sui-istifadə ediblər.

Qeyd edək ki, məsələ ilə bağlı araşdırma məxfi çatlardan intim mövzularla bağlı məlumat sızmasından sonra başlanıb. Yazışmalarda 100-dən çox əməkdaş iştirak edib.

Aysu İbrahimova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*