Oğuz rayonunda avtomobil aşıb.
KONKRET.az report-a istinadla xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistralının Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib.
“Mersedes” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində sürücü 37 yaşlı Aybəniz Sadıqova, sərnişinlər – 66 yaşlı Mirvari Balammədova, Arzu Əliyev (65), Ramiz Balammədov (71), Nərmin (13), Nərgiz (10) və Nuran (2) Sadıqovalar xəsarət alıb.
Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
