Qadının telefonunu alıb qaçanlar tutuldubackend

Qadının telefonunu alıb qaçanlar tutuldu

Abşeron Rayon Polis İdarəsinə müraciət edən Xırdalan şəhər sakini Ş.Paşayeva sentyabrın 7-də saat 19 radələrində Novxanı kəndinə geymək məqsədilə şəhər ərazisində bir avtomobilə sərnişin qismində əyləşdiyini, kənd ərazisində sürücü və digər sərnişinin onu avtomobildən düşürərək, bıçaqla hədələyib 300 manatını və iki mobil telefonunu alıb hadisə yerini tərk etdiklərini bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən KONKRET.az-a bildiriblər ki, quldurluğu törətməkdə şübhəli bilinən sürücü – Bakı şəhər sakini S.Mehralıyev və Xırdalan şəhər sakini əvvəllər məhkum olunmuş Z.Abbasov polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qısa müddətdə müəyyənləşdirilərək saxlanılıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*