Azərbaycan və Ermənistan parlamentlərinin spikerləri Sahibə Qafarova və Alen Simonyan konstruktiv dialoqu davam etdirməyə hazırdır.
KONKRET.az axaraz-a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin Cenevrədə iki ölkənin parlament rəhbərləri arasında keçirilən görüşün yekunlarına dair bəyanatında deyilib.
“Simonyan və Qafarova qanunvericilik səviyyəsində etimadın möhkəmləndirilməsi tədbirlərini dəstəkləməyə hazır olduqlarını bildirib. Müzakirə zamanı spikerlər Vaşinqton sammitində əldə olunan razılaşmaları, eləcə də münasibətlərin normallaşması istiqamətində atılan addımları alqışlayıb”, – bəyanatda deyilib.
Qeyd edeək ki, Simonyan və Qafarova arasında Cenevrədə görüş Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqun iştirakı ilə baş tutub.