“Qalatasaray” rusiyalı futbolçunu almaq istəyirbackend

"Qalatasaray" rusiyalı futbolçunu almaq istəyir

Türkiyənin “Qalatasaray” klubu Moskva ÇSKA-nın gənc yarımmüdafiəçisi Matvey Kislyakı heyətinə cəlb etmək istəyir.

KONKRET.az “Fotomac” nəşrinə istinadən xəbər verir ki, “sarı-qırmızlar” 20 yaşlı futbolçusunun transferini gələn yanvarda tamamlamağı planlaşdırır.

Məlumata görə, “Qalatasaray”ın baş məşqçisi Okan Buruk rusiyalı futbolçu haqqında yüksək fikirdədir.

Qeyd edək ki, yarımmüdafiəçi Moskva klubunun yetirməsidir. O, ÇSKA-nın əsas komandasında bütün yarışlarda 59 oyun keçirib, 8 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Futbolçunun transfer dəyəri təxminən 16 milyon avrodur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*